Bonuççi "Yuventus"a qayıtdı

Bonuççi "Yuventus"a qayıtdı
DÜNYA FUTBOLU 2 Avqust 2018 / 15:43 3479
-  A +

"Milan"nın futbolçusu Leonardo Bonuççi karyerasını "Yuventus"da davam etdirəcək.

Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə,  31 yaşlı müdafiəçi  tibbi müayinədən keçmək üçün Turin təmsilçisinin bazasına gedib. Onunla 5 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, L.Bonuççi 2017-ci ildə məhz "Yuventus"dan "Milan"a 40 milyon avroya transfer olunmuşdu.


Son xəbərlər