Subaşiç ən yaxşılardan oldu

XƏBƏR 19 Yanvar 2009 / 13:40 2874
-  A +

“Srvena Zvezda”nın dünən keçirdiyi ikitərəfli oyunda Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç ən yaxşılardan olub. Qol.Az-ın Belqrad klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, əsas heyət oyunçularının cəmləşdiyi “sarı”ların heyətində yer alan Subaşiç Triçovski, komandanın kapitanı Miliyaç və Fereyra ilə birlikdə oyunun ən yaxşısı seçilib. 4:4 hesabı ilə başa çatan qarşılaşmada hesab 3:4 olarkən məhz millimizin üzvünün vurduğu qol “sarı”ları məğlubiyyətdən xilas edib. Komandanın baş məşqçisi Yanevski də hücumçunun oyunundan razı qalıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı