Şəhriyar Karlsenə qalib gəlib, çempion oldu - Şəkillər

Şəhriyar Karlsenə qalib gəlib, çempion oldu -   Şəkillər
XƏBƏR 1 Avqust 2018 / 00:00 4504
-  A +

İsveçrənin Bil şəhərində keçirilən şahmat üzrə “ACCENTUS Grandmaster Tournament”də doqquzuncu turun görüşləri keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu tur dünya reytinqinin birincisi Maqnus Karlsenlə üz-üzə gəlib.

Norveçli rəqibi üzərində qələbə qazanan Məmmədyarov sona 1 tur qalmış çempionluğu təmin edib. 9 görüşdən sonra aktivində 7 xalı olan şahmatçımız son turda uduzsa belə, rəqibləri üçün əlçatmaz olacaq.

IX turun partiyaları

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 1:0

David Navara (Çexiya) - Petr Svidler (Rusiya) - 0,5:0,5

Niko Qeorqiadis (İsveçrə) - Maksim Vaşe-Laqrav (Fransa) - 0,5:0,5

9 turdan sonra turnir cədvəli: Məmmədyarov - 7, Karlsen, Svidler - 5, Vaşe-Laqrav - 4,5, Navara - 4, Qeorqiadis - 1,5




























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord