Berti Foqts: «İlqar Qurbanovun məndən üzr istəməsi artıq şey idi»

Berti Foqts: «İlqar Qurbanovun məndən üzr istəməsi artıq şey idi»
XƏBƏR 21 May 2010 / 11:56 2055
-  A +

Almaniyalı mütəxəssis Berti Foqts «Olimpik-Şüvəlan» klubunun keçmiş futbolçusu İlqar Qurbanovun yenidən milli komandamıza qayıtmasını mümkün sayır. Qol.Az-ın məlumatına görə, bu haqda Foqts bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, aralarında yaranmış soyuq münasibət səbəbindən Berti Foqts İlqarı milliyə dəvət etmir. Futbolçu bir vaxtlar buna görə baş məşqçini tənqid etsə də, bugünlərdə Qol.Az saytına müsahibəsində Foqtsdan üzr istəmişdi.
Almaniyalı mütəxəssis isə bildirib ki, İlqar Qurbanovun üzr istəməsi artıq şeydir: «Buna ehtiyac yox idi. İlqar ilk növbədə çıxış etdiyi klubun əsas heyətində möhkəmlənməli və qol vurmalıdır. Əgər o, tam hazır olsa, yenidən milliyə qayıtması mümkündür».


Son xəbərlər