Rəşad Sadıqov: «Onlar özlərini yad kimi hiss etməməlidirlər»

Rəşad Sadıqov: «Onlar özlərini yad kimi hiss etməməlidirlər»
ÖLKƏ FUTBOLU 21 May 2010 / 11:45 2671
-  A +

«Mövsüm sonu olduğundan futbolçularda yorğunluq olmasına baxmayaraq, komandamızda əhval-ruhiyyə yaxşıdır». Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün jurnalistlərə müsahibəsində millimizin kapitanı Rəşad Sadıqov deyib.
Milliyə yeni cəlb edilən futbolçularla bağlı sualı cavablandıran R.Sadıqov bunları söyləyib: «Bizdə həmişə mehribançılıq olduğundan yeni gələn futbolçular özlərini yad kimi hiss etmirlər. Biz də çalışırıq ki, onlar özlərini yad hiss etməsinlər, bu futbolçulara dəstək olmağa çalışırıq».
R.Sadıqov Moldova, Makedoniya və Honduras milliləri ilə keçiriləcək yoldaşlıq görüşləri haqda da danışıb: «Bunlar vacib oyunlar olacaq. Bu, seçmə mərhələ öncəsi bizim son yoxlama görüşlərimizdir. Bu matçlardan sonra komandamız tam formalaşa bilər. Ona görə də biz futbolçular da məşqlərə ciddi hazırlaşırıq. Hamı özünü yaxşı tərəfdən göstərmək üçün var qüvvəsilə çalışır. İstəyirik ki, məşqçilər düzgün seçim etsinlər».
R.Sadıqov qarşıdakı oyunlarda yaxşı mübarizə aparmağın lazım olduğunu bildirib: «Bu oyunlara proqnoz verə bilmərəm. Baxmayaraq ki, mövsümün sonudur, hamı tətil haqda fikirləşir, biz özümüzü yaxşı tərəfdən göstərməliyik. İmkan daxilində yaxşı nəticə qazamalılıyıq ki, seçmə mərhələ ərəfəsində komandada özünə inam artsın».

Daha çox


Son xəbərlər