"İnter" Fransada

XƏBƏR 21 May 2010 / 10:55 1868
-  A +

"İnter"in 16 yaşlılardan ibarət futbol komandası beynəlxalq turnirdə iştirak etmək məqsədi ilə Fransanın Lill şəhərinə yola düşüb. Qol.Az-ın məlumatına görə, mayın 22-də başlanacaq turnirdə 12 komanda iki qrupda mübarizə aparacaq. "A" qrupunda yer alan "İnter" ilk oyununu şənbə günü Çexiyanın "Banik-Ostrava" komandasına qarşı keçirəcək. Həmin gün Fransanın "Grande Synthe" komandasıyla da görüşəcək "İnter" ertəsi gün Fransanın "Dijon" və "ASCQ" komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən il "İnter" ötən mövsüm bu turnirin qalibi olmuşdu.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki