"Bakı"nın futbolçuları məktəblilərlə görüşdülər

"Bakı"nın futbolçuları məktəblilərlə görüşdülər
XƏBƏR 21 May 2010 / 10:47 1907
-  A +

"Bakı" klubunun azarkeşlər arasında apardığı təbliğat kampaniyası davam edir. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, "Bakı"nın futbolçuları iki təhsil ocağında olaraq, azarkeşlərlə görüşüblər.

Jaba, Fabio Luis Ramim, Mahmud Qurbanov, Elvin Əliyev, Gürşat Duymuş, Marko Şarliya, baş koordinator Akif Özakyol və klub işçilərindən bir neçəsi Bakı Özəl Türk Litseyini ziyarət ediblər. 

Digər qrup - Xalidu Sissoko, Cəmşid Məhərrəmov və Adnan Bərəkət, klubun bir neçə işçisi, həmçinin fan-klubun rəhbəri Ruslan Hənifəyev 103 saylı orta məktəbdə azarkeşlərlə görüşüblər. Şagirdlərin suallarını həvəslə cavablandıran futbolçular daha sonra azarkeşlərə avtoqraf, eləcə də "Bakı" komandasının müxtəlif atributlarını, "Toplu Bakı" jurnalını paylayıblar.
 


Son xəbərlər