Samir Abbasov: "Sərfəli təklif olsa, “İnter”dən gedəcəyəm"

Samir Abbasov: "Sərfəli təklif olsa, “İnter”dən gedəcəyəm"
ÖLKƏ FUTBOLU 20 May 2010 / 20:43 2403
-  A +

«İnter»in və millimizin futbolçusu Samir Abbasovun Qol.Az-a müsahibəsi


- «İnter»in son ölkə çempionatının qalibi olmasını çoxları gözləmirdi. Bu haqda sən nə fikirdəsən?
- Çempionatın əvvəlindən axırına kimi biz öz  iddiamızı ortaya qoymuşduq. Şükürlər olsun ki,  istəyimizə nail olduq. Açığı,bir az bəxtimiz də gətirdi Təbii ki, bu çempionluqda həm “Bakı”nın , həm də “Neftçi”nin böyük köməyi oldu. Onlara xüsusi təşəkkür edirəm. Bununla belə, “İnter” daim yüksək yerlər uğrunda mübarizə aparıb. Biz çempion olmaqla bunu bir daha sübut etdik.
- Son zamanlar sən komandanın əsas heyətinə düşməkdə çətinlik çəkirsən. Bunun səbəbi nədir?
- Məni mütəmadi olaraq yığma komandanın düşərgəsinə çağırırdılar. Bununla əlaqədar, özümdə  müəyyən yorğunluq hiss edirdim. Bütün qüvvəmlə oynamaq iqtidarında deyildim. Məhz bu amil məni əsas heyətdən uzaq salırdı.
- “İnter” çempion olduqdan sonra bir sıra futbolçularla yollarını ayırdı. Buna sizin münasibətiniz necə oldu?
- Mənə elə gəlir ki, biz hətta çempion ola bilməsəydik də, həmin futbolçularla yollarımızı ayıracaqdıq. Hər məşqçinin özünəməxsus taktikası olur. Mən məşqçinin qərarına hörmətlə yanaşıram. Bu addımın gələcəkdə komandaya hansı uğuru gətirəcəyini isə zaman göstərəcək.
- Keçən mövsüm “İnter” avrokuboklarda zəif çıxış edərək mübarizəni elə birinci mərhələdə dayandırdı. Sizcə, “İnter” bu il uğurlu çıxış edə biləcəkmi? Buna nə dərəcədə inanırsınız?
- Biz keçən mösümdəki uğursuzluğu artıq unutdurmaq istəyirik. Bu yolda işlər davam etməkdədir. Bu il “İnter” daha mötəbər yarışda çıxış etdiyinə görə, çalışacağıq ki, Azərbaycanı layiqli şəkildə təmsil edək. «Qarabağ»ın keçən mövsümdəki uğurlu çıxışı Azərbaycanın digər klublarına örnəl olmalıdır. Biz də bu uğurun davamını gətirməklə öz adımızdan söz etdirmək istəyirik.
Biz növbəti mövsümdə də yüksək yerlər uğrunda mübarizə aparmaqla mümkün olacaq bütün titulları qazanmaq istəyirik. Bununla da “İnter” heç də təsadüfən çempion olmadığını sübut edəcək.
- Növbəti mövsüm üçün yeni təklif gəlsə, buna münasibətiniz necə olacaq?
- Hələ ki, mənə belə bir təklif gəlməyib Əgər hər hansı bir iddialı komandadan sərfəli təklif gəlsə, o zaman “İnter” klubundan gedəcəyəm.      

Daha çox


Son xəbərlər