Pol Merson: «Toni Adams Azərbaycana getməklə məni şoka saldı»

Pol Merson: «Toni Adams Azərbaycana getməklə məni şoka saldı»
ÖLKƏ FUTBOLU 20 May 2010 / 17:53 2574
-  A +

Londonun «Arsenal» klubunun əfsanəvi fütbolçusu olmuş Toni Adamsın «Qəbələ» klubunun baş məşqçisi vəzifəsinə gəlməsi Britaniya mətbuatında hələ də müzakirə olunmaqdadır. Qol.Az-ın məlumatına görə, bu təyinatdan sonra İngiltərə qəzetləri Azərbaycan futboluna diqqət yetirməyə başlayıblar.
Bu dəfə isə «Arsenal»ın ulduz futbolçularından olmuş Pol Merson Adamsın Azərbaycana gəlişinə münasibət bildirib. Sport.co.uk saytına müsahibə verən Merson Adamın karyerasını Azərbaycanda davam etdirməsindən təəccübləndiyini söyləyib: «Mən hələ də şokdayam. Şokdayam hələ o söz deyil. Toninin bu qərarını eşidəndə mənim nəfəsim kəsildi».  
Pol Meerson qeyd edib ki, Toni Adams Azərbaycana getməsilə bağlı onunla məsləhətləşməyib: «Mən onunla əlaqə saxlaya bilmirəm, Toninin nə işlə məşğul olmasından xəbərdaram. Bilmirəm, bəlkə də Toni Arsen Vengerin «Arsenal»a etdiklərini orada tədbiq etmək istəyir. Mənim Azərbaycan hörmətsizliyim yoxdur. Sadəcə olaraq, bu ölkənin komandaları haqda nə vaxt eşitmisiniz».

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord