“Qarabağ” Avropa Liqasına Qızılcahamamda hazırlaşacaq

XƏBƏR 20 May 2010 / 17:35 1756
-  A +

“Hələlik transferlərlə bağlı ciddi addımlar atmağa tələsmirik. İlk növbədə öz oyunçularımızı qoruyub, saxlamaq haqda fikirləşirik. Bildiyiniz kimi, bəzi futbolçularla müqavilələrimizin müddəti başa çatmaq üzrədi. İstəyirik ki, onları komandada saxlayaq. Çünki bizə hazırda komandadakı ruhu qoruyub saxlamaq daha vacibdir. Avropa Liqasının oyunları öncəsi heyəti qorumaq haqda daha çox düşünürük. Ondan sonra yeni transferlər haqda fikirləşmək olar”. Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib.
Ağdam təmsilçisinin çalışdırıcısı səs-küylü transferlər etməyəcəklərini deyir: “Rəhbərliklə söhbətimiz oldu. Qərara aldıq ki, elə də səs-küylü transferlər etməyək. Orta saviyyəli bir komanda formalaşdıracağıq. Sıralarımıza qatmaq istədiyimiz 1-2 yerli, gənc futbolçu var ki, onlarla güclənməyimiz faydalı olardı. Əgər, bəyəndiyimiz yerli futbolçuları transfer edə bilməsək, onda bir neçə əcnəbi oyunçu dəvət edəcəyik. Ancaq hələlik ortalıqda konkret nəsə yoxdu”.
Q.Qurbanov Avropa Liqasına hazırlıq planlarını da açıqlayıb: “Hələlik komanda istirahətdədi. İnşallah, iyunun 5-də bir araya gəlməyi planlaşdırırıq. 4-5 günlük hansısa bölgəmizdə qısamüddətli toplanış keçəcəyik. 10-da bir günlük istirahətin ardından Türkiəyəyə yollanacağıq. Yəni Avropa Liqasının oyunlarına da elə qardaş ölkədə hazırlaşacağıq. Yenə bizim üçün tanış olan Qızılcahamam bölgəsinə getməyi planlaşdırmışıq”.
“Qarabağ”ın çalışdırıcısı avrokubokların cari mövsümündə ötənilkindən də yüksək nəticələr qazanmaq arzusunda olduqlarını deyir: “Qarabağ”ın ötən il qazandığı nəticələrdən sonra məsuliyyətimiz daha da artıb. Təbii ki, indi azarkeşlərimiz bizdən daha böyük uğurlar gözləyəcəklər. Bunu hər birimiz gözəl başa düşürük. Ən azı həmin uğuru təkrarlamalıyıq. İstənilən halda mümkün qədər irəli getmək üçün çalışacağıq. Azərbaycanın, Qarabağın adını avrokuboklarda layiqincə təmsil etmək üçün sonadək mübarizə aparacağıq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord