«İmarət» fan-klubu Əfran İsmayılovu mükafatlandırdı

XƏBƏR 20 May 2010 / 17:04 1975
-  A +

«İmarət» fan-klubu «Qarabağ»ın yarımmüdafiəçisi Əfran İsmayılova kubok və diplom təqdim edib. Qol.Az-ın məlumatına görə, Ə.İsmayılov «İmarət» fan-klubu tərəfindən bu mövsüm «Qarabağ»ın futbolçuları arasında hamıdan çox - altı dəfə "Turun ulduzu" seçilib. Bundan başqa, Əfran bu mövsüm «Qarabağ»ın heyətində ən çox qol (5 qol) vuran futbolçu olub.
"İmarət fan-klubuna minnətdarlığımı bildirən Ə.İsmayılov avrokuboklarda komandasının uğurları üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib: «Artıq zədəm sağalır. Avroliqalada komandama kömək edə biləcəyəm».


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord