Kubokun finalından öncə baş məşqçilər və kapitanlar mətbuat konfransı keçirəcək

Kubokun finalından öncə baş məşqçilər və kapitanlar mətbuat konfransı keçirəcək
XƏBƏR 20 May 2010 / 16:44 2402
-  A +

Azərbaycan Kubokunun finalından bir gün öncə iştirakçı komandaların baş məşqçiləri və kapitanlarının iştirakı ilə mətbuat konfransı keçiriləcək. Qol.Az-ın məlumatına görə, “Xəzər Lənkəran”ın oyunöncəsi məşqi şənbə günü mayın 22-də saat 18.00-da finalın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Məşqdən 15 dəqiqə öncə isə stadionun konfrans zalında cənubluların baş məşqçisi Ağasəlim Mircavadovla kapitan Kamran Ağayevin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Final oyunun təşkili məsələləri ilə PFL məşğul olduğundan konfransa qatılmaq istəyən jurnalistlər bu qurumun mətbuat xidmətinə müraciət etməlidirlər.


Son xəbərlər