Yozef Blatter: «Azərbaycanda futbolun inkişafı üçün çox iş görülür»

Yozef Blatter: «Azərbaycanda futbolun inkişafı üçün çox iş görülür»
ÖLKƏ FUTBOLU 19 Yanvar 2009 / 12:20 2968
-  A +

«MDB və Baltikyanı ölkələrin Birlik kuboku»nun yanvarın 17-də keçirilən açılış mərasimində iştirak edən FİFA-nın prezidenti Yozef Blatter burada təşkil olunan mətbuat konfransında Azərbaycan futbolu ilə bağlı fikirlərini bildirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Blatter Azərbaycanda futbolun inkişafı üçün çox iş görüldüyünü söyləyib: "Bu məsələyə münasibətdə yalnız Azərbaycan milli komandasının səviyyəsi barədə danışmaq düzgün olmazdı. Bizim Azərbaycanın nümayəndələri ilə ilə əməkdaşlıığımız olub və dostluğumuzu bundan sonra da davam etdirəcəyik. Turnir ərəfəsində AFFA nümayəndələri ilə görüşmüşük».

Daha çox


Son xəbərlər