Arif Əsədov Avstriyaya futbolçu axtarmağa gedir

Arif Əsədov Avstriyaya futbolçu axtarmağa gedir
ÖLKƏ FUTBOLU 20 May 2010 / 16:16 2263
-  A +

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Avstriyaya gedir. Bu haqda Qol.Az-a paytaxt klubunun çalışdırıcısı özü xəbər berib. Onun sözlərinə görə, hazırda komanda istirahətə buraxılsa da, transfer çalışmaları durmadan davam etdirilir: “Düzdü, futbolçularımız istirahətdə olsa da, biz hər gün işləyirik. Transfer çalışmalarımız davam edir. Bildiyiniz kimi, futbolçu seçimi ilə bağlı Braziliyada olan vitse-prezidentimiz Tahir Süleymanovla seleksiyaçı-məşqçimiz Bəxtiyar Musayevin də səfəri davam edir. Hazırda flaqman rəhbərliyi bir neçə futbolçu ilə danışıqlar aparır. Bura həm yerli, həm də əcnəbi oyunçular daxildi. Amma konkret bir şey olmadığından ad açıqlamaq istəmirəm. İnşallah, yığmamız Avstriyaya təlim-məşq toplanışına yollananda mən də ora gedəcəyəm. Bəzi gözaltı etdiyimiz futbolçular var ki, həmin ərəfədə keçiriləcək sınaq matçlarında onları iş başında yaxından izləmək istəyirəm. Danışıqlar apardığımız, maraqlandığımız oyunçuların sınaqdan keçirilməsinə gəlincə, bunu həm ölkəmizdə, həm də xaricdə həyata keçirə bilərik. Hər halda bu, həmin oyunçularla danışıqlardan asılı olacaq. Kifayət qədər geniş vaxtımız var. İki təlim-məşq toplanışımız olacaq. Ümidvaram ki, sonda “Neftçi”ni daha da böyük uğurlara daşıya biləcək futbolçularla gücləndirə biləcəyik”.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın