Qurban Qurbanov: “Çakarovu çoxdan komandamda görmək istəyirdim”

Qurban Qurbanov: “Çakarovu çoxdan komandamda görmək istəyirdim”
ÖLKƏ FUTBOLU 20 May 2010 / 15:17 2405
-  A +

“Çudomir Çakarovla hələ lap əvvəldən tanışlığımız var idi. Bildiyiniz kimi, O uzun müddət ölkəmizdə, daha dəqiq desək, “Bakı”da məşqçi kimi fəaliyyət göstərirdi. Elə o vaxtlarda görüşürdük, söhbətlərimiz olurdu, tanışlığmız vardı. Elə onun “Qarabağ”a gəlişində də məhz bu tanışlığımızın rolu oldu”. Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurban deyib.
Ağdam klubunun çalışdırıcısının sözlərinə görə, o, hələ mövsümün əvvəlində Çakarovu özünə köməkçi gətirmək istəyirmiş: “Lakin o vaxt Çakarovu ölkəmizə gətirən Coko Hacievski yenidən köməkçisini geri qaytarmaq fikrinə düşdüyündən, biz geri çəkilməli olduq. Nəticədə Fatih Kavlakla anlaşdıq. Amma türkiyəli köməkçimin müqaviləsinin müddəti başa çatdığından, o, getmək istədi və etiraz etmədik. Çakarov da işsiz olduğundan, bu dəfə onunla anlaşmağımızda problem yaranmadı. Mütəmadi əlaqə saxlayıb, söhbətləşirdik. Şadam ki, nəhayət bu işbirliyini həyata keçirə bildik”.
Q.Qurbanov yeni köməkçisinin komandaya daha böyük fayda verəcəyinə, uğurlar qazandıracağına inanır: “Mən hələ ilk günlərdən onun iş prinsipləri ilə, fəaliyyət proqramı ilə tanış idim. Bilirəm ki, işinə məsuliyyətlə yanaşan məşqçidi. Həm də Çakarov Azərbaycan futbolunda xeyli müddət çalışdığından Azərbaycan futbolunun incəliklərinə yaxından bələddi, futbolçularımızın da nəyə qadir olduğunu gözəl bilir. İstənilən halda, onun komandamıza böyük fayda verəcəyinə, uğur gətirəcəyinə inanırıq”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı