Neftçi" İtaliyaya 21 futbolçu ilə yollanır

XƏBƏR 20 May 2010 / 13:43 2106
-  A +

Mayın 25-dən 30-dək İtaliyada 1993-1994-cü il təvəllüdlü gənclərdən ibarət komandalar arasında "Ciociaria World Cup-4" turniri keçiriləcək. Bu yarışa dəvət alan "Neftçi" klubunun heyəti artıq müəyyənləşib. Qol.Az-ın klubun rəsmi saytına is"Ağ-qaralılar" İtaliyaya 21 futbolçu ilə yollanır. Bunlar  Emil Balayev, Tural Adıgözəlov, Elçin Abdullayev, Abbasət Cəfərov, Ruslan Getman, Tərlan Salmanov, Seyid İsgəndərov, Məqsəd İsayev, Samir Rüstəmli, İlqar Ələkbərov, Aslan Hüseynov, Faiq Xudiyev, Taleh Kərimov, Tural Rzayev, Ağabala Ramazanov, Slavik Alxasov, Ruslan Tağızadə, Fuad Əsədov, Fariz Ramazanov, Təbriz Yarıyev və Novruzəli Novruzovdur. Nümayəndə heyətinin tərkibində "Neftçi"nin icraçı direktoru Mübariz Xudiyev və Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu da yer alıb.

Yeniyetmə futbolçular arasında "kiçik dünya çempionatı" adlandırılan turnirdə 32 klub 8 qrupda yarışacaq. Rüfət Quliyevin başçılıq etdiyi komanda D qrupunda İtaliyanın "Bari" və "Arpino", eləcə də Serbiyanın "Partizan" klublarına qarşı mübarizə aparacaq. Həmçinin, yarışa "Milan", "Roma", "Fiorentina", "Napoli", "Benfika", "Kristal Peles", "Nyu York Stars" kimi məşhur komandalar da qatılacaqlar. Turniri izləyənlər arasında dünyanın ən güclü məşqçilərindən biri Joze Mourinyo və ulduz futbolçu Françesko Tottinin də olacağı gözlənilir.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın