Aysel Teymurzadə: «Bizim oğlanları futbolumuza dəstək olmağa çağırıram»

Aysel Teymurzadə: «Bizim oğlanları futbolumuza dəstək olmağa çağırıram»
ÖLKƏ FUTBOLU 20 May 2010 / 12:14 5468
-  A +

«Mən uşaqları, xanımları və bizim oğlanları futbolumuza dəstək olmağa çağırıram». Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında müğənni Aysel Teymurzadə deyib. Dünən Sumqayıt şəhərində keçirilən «Top festivalı»nda iştirak edən Aysel tədbirin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. AFFA ilə əməkdaşlıqdan məmnun qaldığını bildərən müğənni ölkəmizdə futbolun inkişaf etdiyini söyləyib: «Mən çox istəyirəm ki, bizim futbolçuların adını dünya arenasından eşidim. Əgər oğlan kimi doğulsaydım, yəqin ki, futbolçu olardım. Çünki futbol mənim üçün çox maraqlıdır. Futbola xüsusi simpatiyam var».

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki