“Yuventus”da yeni baş məşqçi və baş menecer

“Yuventus”da yeni baş məşqçi və baş menecer
DÜNYA FUTBOLU 20 May 2010 / 11:57 2691
-  A +

Son illər heç vəchlə uğursuzluq zolağından çıxa bilməyən İtaliyanın “Yuventus” klubu yeni islahatlara əl atıb. Qol.Az-ın “Yuventus”un rəsmi internet saytına istinadən məlumatına görə, «Sampdoriya»nın sabiq-baş məşqçisi Luici Del Neri bundan sonra turinliləri çalışdıracaq. İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Lakin «Qoca sinyora» «Sampdoriya»dan yalnız Del Nerini almaqla kifayətlənməyib. Bu klubun baş meneceri Cuzeppe Marotta da bundan sonra «Yuve»də çalışacaq.
Yeri gəlmişkən qeyd edək ki, 59 yaşlı Del Neri baş məşqçi postunda həmyerlisi Alberto Zakkeronini əvəzləyib. Del Neri son iş yeri olan “Sampdoriya” ilə ötən mövsüm 4-cü yeri tutaraq, Çempionlar Liqasına vəsiqə qazanıb. Məhz bu üzdən onun “Sampdoriya”nı “Yuve”yə dəyişməsini təəccüblə qarşılayanlar da az deyil. Onun yeni komandası isə ötən çempionatı 6-cı yerdə bitirərək Avroliqaya vəsiqə qazanıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı