Yığmamızın rəqiblərindən biri uduzdu, digəri qələbə qazandı

Yığmamızın rəqiblərindən biri uduzdu, digəri qələbə qazandı
XƏBƏR 20 May 2010 / 11:41 1864
-  A +

Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Belçika və Avstriya yığmaları yoxlama oyunları keçiriblər. Qol.Az-ın məlumatına görə, avstriyalılar Xorvatiya yığmasını qəbul etdiyi halda, belçikalılar Bolqarıstan futbolçularını sınağa çəkib.
Brüsseldə keçirilən görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Yeni baş məşqçi Jorj Leekensin debüt matçında qazandığı qələbə heç də asan başa gəlməyib. Birinci hissədə qapısında qol görən millimizin rəqibi yalnız son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtarmağa, həmçinin qələbə qazanmağa nail olublar. Qarşılaşmanın 89-cu dəqiqəsində Lepoynt, bir dəqiqə sonra isə Kompani komandasına qələbə gətirən qolların müəllifinə çeviriliblər.
Avstriyalılar isə, əksinə son dəqiqələrdə buraxdıqları yeganə qolla məğlubiyyət acısı dadıblar. Biliçin 86-cı dəqiqədə vurduğu qolun əvəzini çıxmaq rəqibimizə nəsib olmayıb.
Qeyd edək ki, Azərbaycan və Belçika yığmaları hər iki oyunlarını gələn il keçirəcəklər. Futbolçularımız martın 29-da səfərdə, sentyabrın 2-də evdə oynayacaq. Avstriya ilə ilk oyunumuz isə bu il oktyabrın 8-də səfərdə, gələn il oktyabrın 7-də Bakıda keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı