“Ventspils”in baş məşqçisi: “İnter”lə oyunda bir xal üçün oynayacağıq"

XƏBƏR 19 Yanvar 2009 / 11:58 2637
-  A +

Sabah “Birlik kuboku”nun qrup mərhələsinin son turu çərçivəsində Azərbaycan çempionu “İnter”ə qarşı oynayacaq “Ventspils”in baş məşqçisi Roman Qriqorçuk meydana bir xal üçün çixacaqlarını deyib. Qol.Az-ın məlumatına görə o, bu sözləri “Dordoy-Dinamo” ilə qarşılaşmadan sonra latviyalı jurnalistlərlə görüşdə deyib: “1/4 final problemini həll etdik. İndi qalır qrup liderliyini də təmin etmək. Bunun üçün isə Azərbaycan çempionu ilə oyunda bir xal bizə bəs edir. Bu mənada, onlarla oyuna daha çox bir xal üçün çıxacağıq. Məqsədimiz “Birlik kuboku”nu qazanmaq deyil, amma bu şans bizə verilibsə, ondan imtina etmək fikrimiz də yoxdur”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi