Karius Kloppdan inciyib - "Liverpul"dan gedir

Karius Kloppdan inciyib - "Liverpul"dan gedir
XƏBƏR 23 İyul 2018 / 17:44 4398
-  A +

"Liverpul"un qapıçısı Loris Karius komandadan ayrılmaq istəyir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, almaniyalı qolkiper Alissonun gəlişindən sonra bu fikrə düşüb. "Liverpul"un baş məşqçisi Yurgen Kloppun braziliyalı qapıçının transferi ilə bağlı ona heç nə deməməsi Kariusun xoşuna gəlməyib. O, yaxın günlərdə Kloppla gedişi barədə danışmaq istəyir.

Qeyd edək ki, Karius Çempionlar Liqasının finalında "Real"la oyunda (1:3) kobud səhvlərlə yadda qalmışdı. Bundan sonra başda azarkeşlər olmaqla, futbol ictimaiyyəti onu sərt tənqid etmişdi. Hətta qapıçını ölümlə hədələmişdilər.


Son xəbərlər