“Karyeramı bitirməmişəm” – Con Terri

“Karyeramı bitirməmişəm” –  Con Terri
XƏBƏR 23 İyul 2018 / 17:30 2258
-  A +

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri karyerasını bitirməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, 37 yaşlı müdafiəçi şəxsi “İnstaqram” hesabında haqqında deyilənlərin doğru olmadığını yazıb: “Hələ karyeramı bitirməmişəm. Hazırda ailəmlə birgə istirahət edirəm. Gələn təklifləri gözləyirəm”.

Qeyd edək ki, ötən mövsüm “Çelsi”dən “Aston Villa”ya keçən Terri 35 oyunda meydana çıxıb. O, hazırda klubsuzdur.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki