"Parma"nın 5 xalı silindi - danışılmış oyuna görə

"Parma"nın 5 xalı silindi - danışılmış oyuna görə
XƏBƏR 23 İyul 2018 / 14:50 3034
-  A +

İtaliya Federal məhkəməsi danışılmış oyunlarda şübhəli bilinən "Parma" ilə bağlı qərarını açıqlayıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, A Seriyasının yeni təmsilçisinin ehtiyatından 5 xal silinib. Bu isə o deməkdir ki, komanda mövsümə -5 xalla başlayacaq.

Bundan başqa, "Parma"nın 36 yaşlı hücumçusu Emanuele Kalayo 2 il müddətinə futboldan kənarlaşdırılıb. Forvard həmçinin 20 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Kalayonun "Spetsia" ilə oyundan əvvəl rəqib komandada çıxış edən dostlarından birinə şübhəli mesaj göndərdiyi iddia olunur. Məhz həmin matçın nəticəsinə görə, "Parma" A Seriyasına çıxmışdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı