"Halldorsson yenidən Messinin penaltisini dəf etmək üçün "Qarabağ"a keçdi"

"Halldorsson yenidən Messinin penaltisini dəf etmək üçün "Qarabağ"a keçdi"
GÜNDƏM 23 İyul 2018 / 13:45 13148
-  A +

İslandiya mətbuatı bir müddət öncə Danimarkanın "Randers" klubunu "Qarabağ"a dəyişən Hannes Halldorssondan yazıb.

Qol.az-ın "Rejkjavik Grapevine" nəşrinə istinadən yaydığı xəbərə görə, islandiyalı həmkarlarımız DÇ-2018-də Argentina millisinin kapitanı Lionel Messinin penaltisini dəf etdikdən sonra daha da məşhurlaşan 34 yaşlı qolkiperin yenidən eyni uğuru təkrarlamaq üçün Azərbaycan klubuna keçdiyini qeyd ediblər:

"Söz-söhbət dolaşır ki, Hannes inkişaf etmək istəyirdi. O, növbəti dəfə Messinin penaltisini çıxarmaq üçün "Qarabağ"a getdi. İndi Halldorsson komandanın Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməsinə ümid etməlidir. Bu, baş versə, "Qarabağ" "Barselona" ilə qarşılaşa bilər".

Qeyd edək ki, "Qarabağ" Halldorssonla 2 illik müqavilə bağlayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı