Araz Abdullayev "Qarabağ"ın düşərgəsində

Araz Abdullayev "Qarabağ"ın düşərgəsində
XƏBƏR 23 İyul 2018 / 12:43 10142
-  A +

Milli komandamızın üzvü Araz Abdullayev hazırda "Qarabağ"ın düşərgəsindədir.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O bildirib ki, hazırda klubsuz olan futbolçu formadan düşməmək üçün Ağdam təmsilçisi ilə məşqlərdə iştirak edir.

N. İbrahimovun sözlərinə görə, Araz komandanın düşərgəsində olsa da, onun "Qarabağ"a keçidi gündəmdə deyil. Sadəcə, milli komandanın da baş məşqçisi olan Qurban Qurbanov yarımmüdafiəçinin formada qalması üçün ona məşqlərdə iştirak etməyə icazə verib.

Qeyd edək ki, bir müddət öncə "Qəbələ"dən ayrılan Araz sabiq klubu "Panionios"la 2 illik müqavilə barədə razılıq əldə etsə də, son anda yunan komandasına transferi alınmamışdı. O, hazırda azad agentdir və istənilən kluba keçə bilər.

Xatırladaq ki, Arazın "Qarabağ"a keçəcəyi ilə bağlı xəbəri ilk olaraq "sportlife.az" saytı yayıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı