“Qarabağ” güclü rəqibdir. Buna baxmayaraq, hər iki oyunda meydana qələbə üçün çıxacağıq”.
Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi “Kukesi”nin müdafiəçisi Albi Alla deyib. Ağdam klubu ilə oyunlar öncəsi iddialı danışan 25 yaşlı futbolçu ÇL-da qrup mərhələsinə yüksəlmək istədiklərini bildirib:
“İnanıram ki, bu oyunda bəxt və Tanrı bizimlə olacaq. Bu yolla turu keçəcəyik. Qarşıdakı hər iki matçda hədəfimiz dəyişməzdir. Qələbə qazanmaq istəyirik. Amma hər oyunu ayrılıqda düşünmək lazımdır. Sonra isə hara gedəcəyimizə baxmaq olar. Çempionlar Liqasında uğurlu çıxış edib, qruplara qalmaq istəyirik”.
A.Alla “Kukesi”nin prezidenti Safet Qicinin birinci təsnifat mərhələsinin Malta “Valletta”sı ilə oyunlarından əvvəl vəd etdiyi 100 min avroluq mükafatı verməmək üçün göstərdiyi səbəblərə də münasibət bildirib: “Turu keçməyimiz komanda və futbolçular üçün yaxşı haldır. Ümid edirəm ki, bunun davamını gətirəcəyik. Yeni komandayıq, günü-gündən kollektiv bir-birinə uyğunlaşır. Kunqunun gəlişi vəziyyəti hər mənada düzəldib. Müasir futbolda nəticə önəmli amildir. Bir neçə il öncə “Kukesi” baxımlı futbol sərgiləsə də, mərhələ keçə bilmirdi. Məncə, əsas məsələ bunu bacarmaqdır. Komandanın oyun üslubunu yaxşılardırmaq baş məşqçinin işidir. Mənim vəzifəm meydana çıxanda bütün gücümü ortaya qoymaqdır”.
Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada keçiriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda olacaq. Hər iki qarşılaşma 21:00-da başlayacaq.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir