"Qarabağ"la oyundan əvvəl "Kukesi"də qalmaqal - mükafatı vermirlər

"Qarabağ"la oyundan əvvəl "Kukesi"də qalmaqal - mükafatı vermirlər
GÜNDƏM 22 İyul 2018 / 18:57 5878
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Kukesi”də xoşagəlməz hadisə yaşanıb.

Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə , klubun prezidenti Safet Qici birinci təsnifat mərhələsinin Malta “Valletta”sı ilə oyunlarından əvvəl futbolçulara vəd etdiyi mükafatı verməkdən imtina edib. O, mərhələni keçəcəkləri halda futbolçulara 100 min avro mükafat söz verib. Ancaq komandanın bərbad oyunu və bəxt hesabına turu keçməsi Qicini razı salmadığından, o, sözünü geri götürüb. Buna baxmayaraq, “Kukesi”nin futbolçuları “Qarabağ”la ev oyununa qədər həm iyun ayının məvacibini, həm də vəd olunan mükafatı alacaqlarına inanırlar.

Qeyd edək ki, “Kukesi” – “Qarabağ”oyunu iyulun 25-də Albaniyada keçriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda olacaq. Hər iki görüşün başlama saatı 21:00-dır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord