Fabio Luis Ramim: “Finalda oynamağa hazıram”

XƏBƏR 20 May 2010 / 10:02 1859
-  A +

Bir müddətdir zədədən əziyyət çəkən Fabio Luis Ramim hazırda özünü yaxşı hiss edir. Qol.Az-ın məlumatına görə, milli komandamızın da şərəfini qoruyan təcrübəli futbolçu mayın 23-də keçiriləcək ölkə kubokunun final matçına tam hazır olduğunu bildirib: “Hazırda özümü yaxşı hiss edirəm. Bir qədər fiziki cəhətdən zəiflik hiss edirəm ki, bir-iki məşqdən sonra bu baxımdan da heç bir problem olmayacaq. Final oyununda meydana çıxmağa hazıram. Komandamızda vəziyyət əladır. İnanıram ki, azarkeşlər finalda gözəl matça şahidlik edəcəklər.
Kuboku qazanmaqla başda prezidentimiz Hafiz Məmmədov olmaqla həm klubumuzun rəhbərliyini, həm də fanatlarımızı sevindirmək istəyirik”. 


Son xəbərlər