UEFA-dan Əliyar Ağayevə yeni təyinat

UEFA-dan Əliyar Ağayevə yeni təyinat
ÖLKƏ FUTBOLU 22 İyul 2018 / 11:13 5225
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-2019 mövsümündə baş hakim kimi ilk təyinatını alıb.

Qol.az-ın məlumatına görə, o, Qazaxıstanın "Kayrat" və Hollandiyanın AZ komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək. Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olacaqlar.

Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da Almatıdakı Ortalıq" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı