Klopp Salahın durumundan danışdı

Klopp Salahın durumundan danışdı
XƏBƏR 22 İyul 2018 / 10:28 4550
-  A +

“Liverpul”u baş məşqçisi Yurgen Klopp komandasının futbolçusu Məhəmməd Salahın durumu barədə danışıb.

Qol.az-ın “Mirror” nəşrinə istinadən yaydığı xəbərə görə, o, misirli oyunçunun zədəsini tam sağaltdığını söyləyib.

“Biz daim Salahla əlaqə saxlayırdıq. O, tam qaydasındadır. Artıq çiynindəki problem aradan qalxıb. Əvvəlcə özümü hazırlamışdiq ki, Salah mövsümün ilk vaxtlarını buraxa bilər. Amma indi hər şey yaxşıdır”.

Qeyd edək ki, Salah ÇL-in “Real”a qarşı final matçında (1:3) çiynindən ağır zədə almışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı