Anatoli Ponomaryov baş məşqçisiz qaldı

Anatoli Ponomaryov baş məşqçisiz qaldı
XƏBƏR 19 May 2010 / 19:10 2067
-  A +

Yığmamızın üzvü, Türkiyə “Orduspor”unun yarımmüdafiəçisi Anatoli Ponomaryov baş məşqçisiz qalıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Orduspor” çalışdırıcısı Ahmet Akcan ilə yollarını ayırıb.
Bu barədə klub prezidenti Nədim Türkmən açıqlama verib. Onun sözlərinə görə, məşqçi Ahmet Akcan ilə görüşüb və məşqçiyə yolarının ayrıldığını bildirib. Türkmən bunu gələn mövsüm üçün həyata keçirəcəkləri ciddi dəyişikliklərlə əlaqələndirib. Məsələ burasındadır ki, “Orduspor” növbəti mövsümdə daha iddialı olmaq fikrindədir. Hədəflərinin çempionluq olduğunu və çox güclü bir heyət formalaşdırmağı qarşısına məqsəd qoyduqlarını açıqlayan Türkmən yeni baş məşqçinin kimliyi barədə məlumat verməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı