"Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə Qol.az-a müsahibəsində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Proqres"lə keçirilən cavab oyunu barədə danışıb.
- Əvvəlcə oyunla bağılı fikirlərini öyrənək. Mərhələni niyə keçə bilmədiniz?
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Yaxşı da başladıq. Lazım olan qolu da vurduq. 90 dəqiqə rəqibdən 5 dəfə üstün oynadıq, amma ikinci qolu vura bilmədik.
- İnfrastrukturuna, ev oyunlarını keçirdiyi stadiona əsasən demək olar ki, "Proqres" məhəllə komandasını xatırladır. Belə bir rəqibi keçə bilməməyinizə görə pis olursunuzmu?
- Əlbəttə, pis oluruq. Belə bir komandaya uduzmağımız yəqin ki, uzun müddət yadımızdan çıxmayacaq. Amma nə etmək olar? Bu, futboldur. Taleyimizlə barışlamıyıq.
- Qırmızı vərəqə aldığın epizodla bağlı nə deyə bilərsən?
- Oyunun ikinci hissəsində rəqib komanda topu istədiyi yerə vururdu. Məsələn, hakim qapıdan zərb verib, gedirik topu götürməyə, onlar vururdu qırağa. Hakim də bunların hamısına göz yumurdu. Epizodların birində topu yax xəttdən atma getdim, rəqiib yenə topu qırağa atdı. Mən də onu itələdim. Hakim də buna görə mənə birbaşa qırmızı vərəqə göstərdir.
- Haqlı qərar idi?
- Epizoda baxmamışam, amma məncə, sarı vərəqə da vermək olardı. Ümumiyyətlə, hakim oyunu bərbad şəkildə idarə etdi.
- Turu keçə bilməməyinizdə bunun da rolu oldumu?
- Yox, ele demezdim. Amma hakim futbol oynamağa imkan vermirdi. Yerli-yersiz oyunu saxlayırdı. Matçın tempini çox aşağı salırdı.
- Avroliqaya bele erken vida edəcəyinizi gözləyirdiniz?
- Xeyr.
- Bundan sonra əsas diqqətinizi çempionata yönəldəcəksiniz. Bu mövsüm üçün qarşıya qoyduğunuz əsas hədəfiniz nədir?
- Hədəfimiz yenə eynidir, dəyişən bir şey yoxdur. Yenə ən yüksək yerlər uğrunda mübarizə aparacağıq.
Elnur SALAHOV
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi