Millimizin baş məşqçisi: «Festivalı izləməkdən zövq aldım»

Millimizin baş məşqçisi: «Festivalı izləməkdən zövq aldım»
XƏBƏR 19 May 2010 / 18:57 2146
-  A +

Bu gün Sumqayıt şəhərində keçirilmiş «Top Festivalı» barədə 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt da danışıb. Qol.Az-ın məlumatına görə, AFFA-nın rəsmi internet saytına açıqlamasına almaniyalı mütəxəssis bunları söyləyib: «Festivalı izləməkdən xüsusi zövq aldım. Sözün düzü, mən də bu uşaqlara qoşulub top çiləməyi çox istərdim. İnanın, idman ayaqqablarında olsaydım, məmnuniyyətlə iştirakçılara qoşulardım. Azərbaycana gəldiyim gündən xeyli sayda qızların oyununu izləmişəm. Burada da kifayət qədər istedadlı futbolçulara rast gəldim. Gələcəkdə komanda formalaşdıranda bu tədbirin bizə çox köməyinin dəyəcəyini düşünürəm».


Son xəbərlər