"Ronaldo "Real"dan vergiyə görə ayrıldı" - La Liqa prezidenti

"Ronaldo "Real"dan vergiyə görə ayrıldı" - La Liqa prezidenti
GÜNDƏM 20 İyul 2018 / 12:52 4411
-  A +

"Yuventus"un yeni transferi Kriştiano Ronaldo "Real"ı  yüksək vergiyə görə tərk edib.

Qol.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas "Marca"ya açıqlamasında deyib:"Ronaldo İspaniya ilə müqayisədə İtaliyada daha çox qazanacaq. Çünki orada  vergi az ödəyəcək. İspaniya böyük liqaların olduğu ölkələr arasında ən yüksək verginin alındığı yerdir. Oyunçular burada daha çox pul itirirlər. Bu problemi aradan qaldırmalıyıq. Çünki bu, La Liqanın potensialına zərbə vurur".

Qeyd edək ki, Ronaldo bu ay 112 milyon avroya "Real"dan "Yuventus"a transfer olunub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın