"Qarabağ" braziliyalı hücumçu alır?

"Qarabağ" braziliyalı hücumçu alır?
ÖLKƏ FUTBOLU 20 İyul 2018 / 11:59 11272
-  A +

"Qarabağ" Cənubi Afrika Respublikasının (CAR) “Maritsburq Yunayted” klubunun hücumçusu Lebohanq Maboeni transfer etməkdən imtina edib.

Qol.az-ın "Soccer Laduma”ya istinadən yaydığı xəbərə görə, CAR təmsilçisi 23 yaşlı hücumçuya 500 min avro qiymət qoyduğu üçün Ağdam klubu bu qərarı verib. "Qarabağ"la yanaşı, "Ostende" də (Belçika) bu məbləği çox yüksək hesab etdiyi üçün oyunçunun adını transfer siyahısından çıxarıb.

Xəbərdə o da qeyd olunub ki, "Qarabağ" Çempionlar Liqasında çıxış etmiş braziliyalı hücumçu almağa hazırlaşır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın