"Üzr istəsələr, yaxşı olar" - "Uypeşt"in baş məşqçisi

"Üzr istəsələr, yaxşı olar" -  "Uypeşt"in baş məşqçisi
GÜNDƏM 20 İyul 2018 / 10:12 8585
-  A +

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Budapeştdə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edən "Uypeşt"in baş məşqçisi  Neboyşa Viqneviç mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Etiraf edim ki, fantastik oyun və nəticəyə şahidlik etdik. Nə əlavə edə bilərəm? Oyunçularımız hər şeyi meydanda dedilər. “Neftçi” yaxşı komandadır. Ancaq ilk oyunla müqayisədə onlar heyətə də, taktiki düzülüşə də əl gəzdirmişdilər. Bu da bizə cinahlarda əla hücumlar qurmağa imkan yaratdı. Hesab edirəm ki, 3-cü qolumuz oyunun qırılma nöqtəsi oldu. Bakıdakı matçdan sonra bizi tənqid edənlər isə üzr istəsələr, yaxşı olar. Azarkeşlərimizə təşəkkür edirəm. Daha çox fanat gözləyirdim. İnanıram ki, növbəti görüşümüzə daha çox azarkeşimiz gələcək.

- Nəticə sizi təəccübləndirmədi?

- Bir qədər təəccübləndirdi. Ancaq düşünməyin ki, hər şey bu qədər asan başa gəldi. Rəqibin həm müdafiəçiləri, həm də hücumçuları sanballı futbolçulardır.

- Həm Bakıda, həm də də Budapeştdə oyunçularınız “Neftçi”nin bir aparıcı futbolçusunu sıradan çıxardı. Namiq Ələsgərov və Ruslan Abışov. Rəqibin aparıcı futbolçularını sıradan çıxarmaq “Uypeşt”in vizit kartıdır?

- Sizi anlayıram. İradınızı da başa düşürəm. Ancaq ilk epizodda bizim qolkiperimizlə toqquşmadan sonra hücumçumuz sıradan çıxdı. Bu gün isə mübarizə zamanı müdafiəçiniz zədələndi. Düşünmürəm ki, biz bunu bilərəkdən etdik. Ancaq hər iki futbolçuya tezliklə sağalmağı diləyirəm. İnanın ki, onların zədələnməsi məni təəssüfləndirir (Qafqazinfo).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord