Azərbaycanın UEFA reytinqi dəyişdi

Azərbaycanın UEFA reytinqi dəyişdi
XƏBƏR 20 İyul 2018 / 09:45 4984
-  A +

Avrokubokların I təsnifat mərhələsində dünən keçirilən cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, üç təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi  dəyişib. “Qəbələ”, “Neftçi” və “Keşlə” mübarizəni dayandırsa da, Avropa Liqasındakı son gün klublarımız üçün xal baxımından faydalı olub. “Qəbələ”nin Lüksemburq “Proqres”inə 1:0, “Keşlə”nin  Malta “Baltsan”ına 2:1 hesabı ilə qalib gəlməsi  Azərbaycanın hesabına 0.500 xal gətirib.

Ölkəmiz 17.500 xalla 1 pillə irəliləyərək  Belarusu qabaqlayıb və 22-ci pilləyə yüksəlib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord