"Sumqayıt" heç-heçə ilə başladı

"Sumqayıt" heç-heçə ilə başladı
XƏBƏR 19 İyul 2018 / 21:42 2784
-  A +

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt”qonşu ölkədə ilk yoxlama oyununu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Nazim Süleymanovun komandası Qətər təmsilçisi “Əl-Şəhaniyə” ilə qarşılaşıb.

“Sumqayıt” 11-ci dəqiqədə Nicat Qurbanovun qolu ilə hesabda önə keçsə də, rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.

Son xəbərlər