Juninyo finalda “Xəzər Lənkəran” a kömək edə bilməyəcək

Juninyo finalda “Xəzər Lənkəran” a kömək edə bilməyəcək
XƏBƏR 19 May 2010 / 17:44 1885
-  A +

Ölkə kubokunun finalında "Bakı" ilə qarşılaşacaq "Xəzər Lənkəran" bazar günü keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, Unibank Premyer Liqasının son turunda doğma meydanda "Bakı"ya məğlubiyyət və bunun nəticəsi olaraq çempionluğun əldən getməsi komandanın psixoloji durumuna pis təsir edib. Buna baxmayaraq, mövsümün son oyununa ciddi hazırlaşan cənub təmsilçisi gündə bir dəfə olmaqla T.Bəhramov adına Respublika stadionunda məşq keçir. Braziliyalı Junior Osvaldodan başqa heyətdə digər zədəli futbolçusu olmayan "Xəzər Lənkəran" kubokun finalında qalib gələrək Unibank Premyer Liqasındakı uğursuzluğu unutdurmaq əzmindədir. Qeyd edək ki, Junior Osvaldo hələ tam sağalmadığı üçün həkim nəzarətində fərdi plan əsasında məşq edir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın