Mundialda oynamasa da, medalını alacaq

Mundialda oynamasa da, medalını alacaq
XƏBƏR 19 İyul 2018 / 15:29 4775
-  A +

Dünya çempionatının qrup mərhələsinin ilk oyunundan sonra Xorvatiya millisinin heyətindən kənarlaşdırılan Nikola Kaliniçə də gümüş medal veriləcək.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu barədə Xorvatiya Futbol Federasiyasının nümayəndəsi Tomislav Paçak məlumat verib. O bildirib ki, federasiya bu qərarı futbolçular və məşqçilərin ixtiyarına buraxıb. Onlar isə hesab edirlər ki, Xorvatiyanın dünya ikincisi olmasında Kaliniçin rolu olmasa da, futbolçu bu medalı almağa layiqdir. Çünki o, xorvatların mundiala vəsiqə qazanmasında yaxından iştirak edib. Hətta Yunanıstanla pley-off mərhələsinin matçında qələbə qolunun müəllifi olub.

Xatırladaq ki, Kaliniç DÇ-2018-in qrup mərhələsinin ilk turunda Nigeriya ilə matçın sonuna 5 dəqiqə qalmış çiynində ağrı olduğunu bəhanə gətirərək, əvəzetmədən meydana çıxmaq istəmədiyi üçün komandadan kənarlaşdırılmışdı. Yığmanın baş məşqçisi Zlatko Daliç isə bunun ilk dəfə baş vermədiyini bildirərək, Kaliniçi evə göndərmişdi.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord