“Döyüşə hazırıq” - "Uypeşt"in futbolçusu

“Döyüşə hazırıq” - "Uypeşt"in futbolçusu
XƏBƏR 19 İyul 2018 / 15:09 2548
-  A +

“Neftçi” güclü komandadır, onlar bunu ilk oyunda sübut etdilər.  Ancaq biz təslim olmaq istəmirik.Növbəti mərhələdə “Sevilya”nın gözləməsi bizə əlavə stimul verir. Ulduz futbolçuları Budapeştə gətirmək niyyətindəyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Uypeşt"in futbolçusu Soma Novotnı   Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə cavab oyunu öncəsi yerli mətbuata deyib.


24 yaşlı hücumçu erkən qol vurmaq istədiklərini bildirib: "Oyuna tam heyətlə hazırlaşırıq və bu, bizim üçün üstünlük ola bilər. Nvobodo ilə Diallo bir-birilərini çox yaxşı başa düşürlər və komandaya faydalı olurlar.  Sürətli, enerjili oyun sayəsində digər futbolçuları da rahatladırlar.  Bu qarşılaşmada hesabı erkən açsaq, yaxşı nəticə qazana bilərik. Erkən qol vura bilsək, rəqibin oyun intizamı pozulacaq".

Qeyd edək ki, "Uypeşt" - "Neftç" görüşü bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bu komadalar arasında ilk matçda "Neftçi" 3:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı