"Kukesi" "Olimpiya"dan da çətin rəqibdir" – Maksim Medvedev

"Kukesi" "Olimpiya"dan da çətin rəqibdir" – Maksim Medvedev
ÖLKƏ FUTBOLU 19 İyul 2018 / 11:47 3738
-  A +

"Əvvəlcədən də bilirdik ki, ağır rəqiblə düşmüşük. Püşkdən öncə bu komanda iolə qarşılaşmaq istəmirdik".

Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Olimpiya” ilə cavab oyunundan sonra jurnalistlərə açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib. Doğma meydanda Sloveniya təmsilçisi ilə qolsuz heç-heçəyə razılaşan Ağdam klubu səfərdə qazanılan 1:0 hesablı qələbə sayəsində adını 2-ci təsnifat mərhələsinə yazdırıb. Oyunla bağlı danışan M. Medvedev hər iki görüşdə çətinlik çəkdiklərini etiraf edib:

“Hər iki qarşılaşma çətin alındı. Amma bizim üçün önəmli olan bu turu keçmək idi. İstədiyimiz nəticəni qazanıb növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevinirik”.

“Qarabağ” ikinci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq. Təcrübəli müdafiəçi bu rəqibin “Olimpiya”dan daha çətin komanda olduğunu düşünür: “Onların hansı səviyyədə olduğunu bilmirik, sadəcə adını eştimişik. Albaniya komandasıdır, hər zaman sonadək mübarizə aparırlar, fiziki gücə üstünlük verirlər. Fikirləşirəm ki, “Olimpiya”ya oxşayan komanda olacaq. Hətta deyərdim ki, Sloveniya klubundan da möhkəm komandadır. Ancaq rəqibi tam analiz edəndən sonra biləcəyik ki, onlara qarşı necə oynamaq lazımdır”.

Qeyd edək ki, “Qarabağ” “Kukesi” ilə ilk oyun iyulun 25-i, Bakıdakı cavab matçı avqustun 1-də keçiriləcək.

Daha çox


Son xəbərlər