"Futbolçunun gücü belə oyunlarda daha yaxşı bilinir" - Qurban Qurbanov

"Futbolçunun gücü belə oyunlarda daha yaxşı bilinir" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 18 İyul 2018 / 23:48 6173
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya çempionu “Olimpiya”ya qarşı keçirdikləri cavab oyunundan (0:0) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Öncə futbolçuları təbrik edirəm. Sona qədər mübarizə apardılar. Alqışa layiq idilər. Çox yaxşı komandaya qarşı oynayırdıq. Sonda qalibiyyət bizim oldu, mərhələni keçən biz olduq. Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Bundan sonra çətin oyunlar bizi gözləyir. Hər rəqibə qarşı ciddi hazırlaşacağıq. Və hər bir halda biz hazır olmalıyıq. Futbolçular oyun haqqında daha çox düşünməlidilər.

- Dani Kintananın durumu nə yerdədir?

- Daninin zədəsi ola bilsin ki, ciddidi. Əzələ dartılmasıdır. Sabah müayinədən sonra dəqiq bilinəcək.

- Növbəti turdaki rəqib barədə fikirləriniz necədir? Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaqsınız…

- “Kukesi"nin oyunlarını izləməmişəm. Onların gücünü bilirik. Qarşıda bizi çətin oyun gözləyir, daha ciddi hazırlaşmalıyıq.

- Rəqib komandanızı çox yordu. Bu yorğunluğun səbəbi hücumçu çatışmazlığı ola bilərmi?

- Bəli, çox yorulduq. Belə oyunlar futbolçuya böyük fayda verir. Onların gücü, ciddiliyi belə matçlarda daha yaxşı görünür. Bütün mövqelərdən, o cümlədən hücumdan razı qaldım. Hücum xətti bir oyunçudan ibarət olmur. Cinahdakılar da həm asisst, həm qol bacarığına malik olmalıdılar. Bəli, bəzi məqamlarda son nöqtəni qoya bilmədik. Amma komandadan razı qaldım. Hücumçu axtarışlarımız davam edir. Hər xətdə oyunçu sayının çox olmasını istərdim.

- "Kukesi" həm bizim, həm sizin üçün sirrli rəqibdir. Bir zamanlar Rauf Əliyev orda çıxış edib. Ondan hər hansı məsləhətlər alacaqsızmı?

- Niyə də yox? Müraciət edə bilərik. Düşünürəm ki, 2-3 gün içərisində rəqib haqda məlumat toplayacağıq.

- Elə hiss olunurdu ki, siz "Qarabağ"ın oyun üslubunu dəyişmisiniz, komanda daha çox müdafiəyə yönəlik oyun sərgiləyir.

- Yenə də deyirəm, rəqib çətin komanda idi və onlara qarşı belə oynamalı olduq. Hər rəqibə qarşı fərqli oyun üslubu ilə çıxırıq. Bu gün futbol bunu tələb edir. Qalib gəlmək istəyirsinizsə, rəqibin oyun üslubuna görə oynamalısınız.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord