"Müdafiədə buraxdığımız səhvlər həlledici oldu" - İliya Stolitsa

"Müdafiədə buraxdığımız səhvlər həlledici oldu" - İliya Stolitsa
ÖLKƏ FUTBOLU 18 İyul 2018 / 23:36 4584
-  A +

Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la 0:0 hesabı ilə heç-heçə edərək mübarizəni dayandırdıqları cavab oyunundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
 
- Öncə "Qarbağ"ı növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. İlk mərhələdə bizə çətin rəqib düşmüşdü. Onlar ilk oyunda əldə etdiyi nəticəni saxlayaraq turu keçmək istədilər və bunu bacardılar. Oyunçularım sona qədər mübarizə apardı. Ən çox üzüldüyüm hal isə ilk oyunda etdiyimiz səhvə görə turu keçə bilməməyimizdir.
 
- Bəzi aparıcı futbolçuların əsas heyətdə yoxluğu nə ilə bağlı idi?

- Əlimizdə olan futbolçulardan maksimum istifadə etməyə çalışdıq.

- İkinci hissədə çox aqressiv idiniz. Bu, komandanızın oyunu ilə, yoxsa hakimin idarəçiliyinə narazılıqla bağlı idi?

- Oyunun gətirdiyi emosiyalarla bağlı idi. Ancaq hər hansı xüsusi halın qeydə alındığını demək olmaz. Sadəcə, baş məşqçi kimi oyuna müdaxilə etməyə çalışırdım.
 
- Bəlkə əvəzetmələrdə risk edərdiniz?

- Üçüncü əvəzetmə hücuma planlaşdırılmışdı. Ancaq zədə üzündən oyunçumuzu əvəzləməli olduq. Hər iki oyunda müdafiədə buraxdığımız səhvlər həlledici oldu.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord