"Səbail" Superliqa klubu ilə qarşılaşacaq

"Səbail" Superliqa klubu ilə qarşılaşacaq
XƏBƏR 18 İyul 2018 / 21:22 1649
-  A +

İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan “Səbail” sabah növbəti yoxlama oyununa çıxacaq.

Qol.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, komanda Türkiyə Superliqası təmsilçisi “Sivasspor”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə  “Gənclərbirliyi”nə 0:3 məğlub olub, ikinci oyunda Qətərin “Əl Şəhaniyə” klubu ilə heç-heçə edib - 2:2.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı