"Qarabağ" səviyyəli komandadır, amma..." - "Olimpiya"nın futbolçusu

"Qarabağ" səviyyəli komandadır, amma..." - "Olimpiya"nın futbolçusu
ÖLKƏ FUTBOLU 18 İyul 2018 / 14:06 4618
-  A +

"Qarabağ" səviyyəli komandadır. Amma ilk oyunda xüsusi nə iləsə yadda qalmadılar".

Qol.az-ın Sloveniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya"nın müdafiəçisi Dino Ştiqlets deyib. Bu gün keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini açıqlayan futbolçu iddialı danışıb:

"Bizim ən böyük problemimiz yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilməməyimizdir. Cavab oyununda hesabı biz açsaq, hər şey mümkün olacaq".

"Olimpiya"nın baş məşqçisi İliya Stolitsa cavab matçında Ştiqletsə tez-tez hücumlara qoşulmaq tapşırığı verib: "Bu, mənim üçün yeni vəzifədir. Peşəkar futbolçuyamsa, baş məşqçinin istənilən tələbini yerinə yetirməliyəm. Düşünürəm ki, əsas hücumçumuz İssah Abbasın yoxluğuna baxmayaraq, qol vura biləcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Lyüblyanadakı ilk görüşdə Ağdam klubu minimal hesablı qələbə qazanıb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı