"Geridönüş edəcəyimizə inanıram" - "Olimpiya"nın prezidenti

"Geridönüş edəcəyimizə inanıram" - "Olimpiya"nın prezidenti
GÜNDƏM 18 İyul 2018 / 10:58 2951
-  A +

“İlk oyunda qələbə qazana bilərdik. Çünki pis oynamadıq. Bəzi qol şanslarımız oldu. Cavab görüşünə nikbin yanaşırıq. Geridönüş edəcəyimizə inanıram. Bunun üçün çalışacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Sloveniyanın “Olimpiya” klubunun prezidenti Milan Mandariç  Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi yerli mətbuata deyib.

"Ancaq bizdə alınmasa və mərhələni keçə bilməsək, bu, dünyanın sonu olmayacaq. Belədə Avropa Liqasında mübarizə aparmaq və irəliləmək imkanımız olacaq" - deyə o bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" görüşü bu gün saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər