"Bakıda "Qarabağ"dan daha yaxşı oynamalıyıq" – İliya Stolitsa

"Bakıda "Qarabağ"dan daha yaxşı oynamalıyıq" – İliya Stolitsa
XƏBƏR 17 İyul 2018 / 15:34 2589
-  A +

“Meydanda rəqibdən daha yaxşı olmağımıza, mümkün olan hər şeyi etməyimizə baxmayaraq, sonda uduzduğumuz üçün çox təəssüflənirəm”.

Qol.az-ın Sloveniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib. Cavab matçı öncəsi danışan mütəxəssis Bakıda daha yaxşı oynamalı olduqlarını bildirib:

“Bu, futboldur. Yenidən güc toplamalı və özümüzə inanmalıyıq. Başqa sözlə, istənilən halda Bakıda “Qarabağ”dan daha yaxşı oynamalıyıq. Hədəfimiz hər matçda qələbə qazanmaqdır. İnanıram ki, komandam buna qadirdir”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç 21:00-da başlayacaq. Lyüblyanadakı ilk qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı