"Trabzonspor"un ən zəif oyunçusu - Ramil Şeydayev

"Trabzonspor"un ən zəif oyunçusu - Ramil Şeydayev
XƏBƏR 17 İyul 2018 / 13:09 6280
-  A +

Millimizin hücumçusu Ramil Şeydayevin “Trabzonspor”dan ayrıla bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Sloveniyadakı təlim-məşq toplanışına cəlb olunan gənc hücumçu heç cür ümidləri doğrultmur. Onun çıxışının yüksəlmək əvəzinə daha da gerilədiyi vurğulanıb. Baş məşqçi Ünal Karaman ona “Triqlav”la yoxlama oyununda şans verməsinə baxmayaraq, Şeydayev zəif çıxışı ilə diqqət çəkib.

Türkiyə mətbuatı matçda ötürmələrə gec reaksiya göstərən millimizin üzvünün Sloveniya toplanışının ən zəif oyunçusu olduğunu yazıblar.

Qeyd edək ki, R.Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı