"Qarabağ" dəstəksiz qalmasın!

"Qarabağ" dəstəksiz qalmasın!
GÜNDƏM 17 İyul 2018 / 12:38 4954
-  A +

“Qarabağ” sabah Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə cavab oyununa çıxacaq.

Qol.az-ın məlumatına görə, sözügedən qarşılaşma üçün təxminən 8 min bilet satılıb. Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun azarkeş tutumunun 30 min nəfərdən çox olduğunu nəzərə alsaq, bu gedişlə oyun günü arenanın ən yaxşı halda yarısının dolacağını söyləmək olar. Bu isə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edərək, adını Azərbaycan futbolunun tarixinə yazdırmış bir komanda üçün olduqca zəif dəstəkdir.

Səfərdə qazanılan qələbə hələ təmsilçimizin 2-ci təsnifat mərhələsinə yüksəlməsi anlanıma gəlmir. Qarşıda 90, bəlkə 120 dəqiqəlik, bəlkə də qalibin penaltilər seriyasında bəlli olacağı cavab matçı var. 1:0-ın sürüşkən hesab olduğunu düşünsək, “Qarabağ”a sabahkı qarşılaşmada mütləq dəstək lazımdır. Ağdam klubunun növbəti dəfə bizlərə ÇL-in qrup mərhələsi sevincini yaşatmasını istəyiriksə, ən azından stadiona getməliyik. Bu, hər birimizin “Qarabağ”a olan borcumuzdur. Komandanın bizim, sizin, hər bir azarkeşin dəstəyinə ehtiyacı var. Azarkeş olmadan uğur qazanmaq da mümkün deyil. Əvvəlcə öz borcumuzu yerinə yetirək, sonra “Qarabağ”dan növbəti tarixi uğur gözləyək.

Qeyd edək ki, “Qarabağ”  - “Olimpiya” oyunu 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq